RU

Dövlət Departamenti: Rubio və MAQATE rəhbəri Ukrayna və İrandakı vəziyyəti müzakirə edirlər

BAKI, 28 avqust. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Ukrayna və İrandakı vəziyyəti müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Rubio və Qrossi MAQATE-nin Rəhbərlər Şurasının sentyabrın 8-12-də Vyanada keçirilməsi planlaşdırılan növbəti iclasını ərəfəsində görüşüblər.

ABŞ dövlət katibi və agentliyin baş direktoru qlobal nüvə təhlükəsizliyi, o cümlədən Ukraynanın nüvə obyektlərində, həmçinin MAQATE-nin İran da daxil olmaqla, monitorinq və yoxlamalar aparmaq səyləri məsələlərini müzakirə ediblər.

Избранный
30
teleqraf.com

1Источники