RU

Klubu tərk etməyə çox həvəs göstərir - O qədər müştərisi var ki!

“Mançester Yunayted”in vingeri Ceydon Sanço karyerasını “İnter”də davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

Milan təmsilçisi 25 yaşlı futbolçunun transferi uğrunda mübarizəyə qoşulub. Hazırda Sanço “Mançester Yunayted”in əsas komandasından ayrı məşq edir və klubu tərk etməyə çox həvəs göstərir.

Daha əvvəl ingiltərəli futbolçunun “Roma”ya keçidi gündəmdə idi, ancaq Sanço özü bu kluba getməkdə maraqlı deyil.

Sanço 2021-ci ildən “Mançester Yunayted”in formasını geyinir.

Избранный
19
sportinfo.az

1Источники