RU

Qrossini İran təhlükəsindən “Kobra”lar qoruyacaq

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İranla konstruktiv münasibətləri davam etdirmək istədiyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Qrossi "Associated Press"agentliyinə müsahibəsində qeyd edib.

"Mən İranla konstruktiv münasibətlər qurmaq istəyirəm. Təəssüf edirəm ki, təhdidlər var. BAEA-nin qərargahının yerləşdiyi ölkəni buna ciddi yanaşmağa sövq edən məlumatlar var”, - deyə o, İranla əlaqəli şəxslər tərəfindən ona qarşı təhdidlər barədə məlumatı şərh etməyi xahiş edib.

Qeyd edək ki, BAEA-nin qərargahı Vyanada yerləşir.

Daha əvvəl “The Wall Street Journal” mənbələrə istinadən yazıb ki, üçüncü şəxsdən Qrossiyə təhlükə barədə məlumat aldıqdan sonra Avstriya hakimiyyəti onu gecə-gündüz gücləndirilmiş mühafizə altına almaq qərarına gəlib.

İyunun sonunda agentlik rəhbərinin qorunmasına Avstriya Daxili İşlər Nazirliyinin “Kobra” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri təyin edilib. Nəşrin mənbələrindən birinin iddia etdiyi kimi, təhlükə “İranla əlaqəli şəxslərdən” gələ bilər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
icma.az

1Источники