RU

Belə duş qəbul etmək infarkta səbəb ola bilər

Soyuq duş almaq infarkt riskini artıra bilər.

Ölkə.Az “Sabah” qəzetinə istinadla xəbər veir ki, bunu türkiyəli kardioloq, dosent Ender Özgün Çakmak deyib. O bildirib ki, soyuq suya qəfil məruz qalma orqanizmdə “soyuq şok reaksiyası” adlı fizioloji refleksi işə salır:

“Bu zaman simpatik sinir sistemi aktivləşir, damarlar daralır, qan təzyiqi yüksəlir, ürək döyüntüləri yüksəlir, adrenalin ifraz olunur. Bu, ümumiyyətlə sağlam insanlarda problem yaratmır və müntəzəm olaraq tətbiq olunduqda immunitetə, qan dövranına, stressin idarə olunmasına müsbət təsir göstərə bilər. Bununla belə, ani yüklənmə ürək xəstələri üçün risklidir”.

Kardioloq deyib ki, soyuq suya qəfil məruz qalmaq koronar arteriya xəstələrində ürəyə qan axınını məhdudlaşdıra bilər:

“Bu, sinə ağrısı, taxikardiya, atrial fibrilasiya və ya nadir hallarda ventriküler aritmiya kimi ritm pozğunluqlarına səbəb ola bilər. Hipertoniya xəstələrində qan təzyiqi qəfil yüksələ bilər. Yaşlı, hipertoniya, şəkərli diabet və damar tıxanıqlığı olanlarda risk daha yüksəkdir.

Daha əvvəl infarkt keçirmişvə ya ciddi aritmiyaları olan, gərgin məşqdən dərhal sonra soyuq duş qəbul edən və ya çox soyuq mühitlərdə suya girən insanlarda infarkt riski artır. Bu risk xüsusilə qış səhərlərində yüksək olur".

Billurə Yunus

Избранный
17
1
olke.az

2Источники