RU

Azərbaycan UEFA reytinqində Ukrayan və Sloveniyanı ötüb

AzVision.az xəbər verir ki, bu, bir ölkənin öz nümayəndəsinin əsas Avropa futbol kubokunda 36 ən yaxşı iştirakçı arasında olmasına görə aldığı reytinq mükafatıdır.

6 xalı 4-ə, yəni bu mövsüm Azərbaycandan avrokuboklarda təmsil olunanların ümumi sayına böldükdə 1,5 xal alınır ki, bu da çox ciddi bonusdur. İndi Azərbaycanın UEFA əmsal cədvəlində 21 xalı var.

Məhz “Qarabağ” komandasının sayəsində Azərbaycan sözügedən cədvəldə Sloveniya (20,468 xal) və Ukraynanı (19,850) dərhal üstələyib. Axşam ərzində ölkəmiz 28-ci yerdən 26-cı yerə yüksəlib və indi bizdən irəlidə olan Slovakiyadan cəmi 0,375 xal geridəyik.


Bununla belə, Azərbaycandan fərqli olaraq, geridə qoyduğumuz Sloveniyadan avrokuboklarda iki, Ukraynada isə üç klub var. Bu ölkələr Çempionlar Liqasında təmsil olunmasalar da, Avropa Liqası və Konfrans Liqasında xal toplaya biləcəklər. Bu isə, Çempionlar Liqasında aktivləri yüksəltməkdən daha asandır.

Qeyd edək ki, Azərbaycan bu mövsümdə artıq 3,875 xal qazanıb. Amma ölkəmizin bu müstəvidə rekordu “Qarabağ”ın Avropa Liqasının 1/8 finalına yüksəldiyi 2023/24 mövsümündə qazanılan 5,875 xaldır.

Sahil İsgəndərov
AzVision.az
Избранный
11
azvision.az

1Источники