RU

DTX-nin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş

Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə ənənəvi görüş keçirilib.

DTX-nin mətbuat xidmətindən verilən məlumata görə, Vətən müharibəsi veteranları mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olublar. Görüş rəsmi və bədii hissə ilə davam edib. Çıxış edənlər dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyətli sərkərdəliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti və əzmi sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərdən öyünclə söz açıblar. Onlar haqq savaşında əldə olunmuş tarixi qələbənin 5-ci ildönümünün ölkəmizdə ümumxalq şənlikləri ilə qeyd ediləcəyini vurğulayıblar.

Bildirilib ki, Vətən müharibəsi ilə başlanan taleyüklü missiya 2023-cü ilin sentyabrında dövlət suverenliyinin bərpa olunması ilə nəticələnməsi hər bir vətənpərvər azərbaycanlıda sonsuz qürur doğurur.

Görüş vətənpərvərlik mövzusunda konsert proqramı ilə başa çatıb.

XQ

Избранный
40
30
xalqqazeti.az

10Источники