RU

Daha bir ölkədə ZƏLZƏLƏ

Ajans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib. Məlumata görə, zəlzələ saat 9:22-də (Bakı vaxtı ilə 6:22 - red.) Ulanqom şəhərindən 44 km cənub-şərqdə baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.

Bəzi KİV-in bildirdiyinə görə, yeraltı təkanlar Tuva Respublikasına da çatıb. Belə ki, Kızıl, Ak-Dovurak, Şaqonar və digər şəhərlərin sakinləri titrəyişləri hiss etdiklərini deyiblər.

Избранный
2
2
Ajans.az

3Источники