Minnesota ştatının Minneapolis şəhərindəki Annunciation Katolik Məktəbində bu səhər baş verən atışma nəticəsində azı 3 nəfər ölüb, 20-yə yaxın adam yaralanıb. Bu barədə Reuters agentliyi ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
ABC News-un məlumatına görə, faciə səhər saatlarında uşaqlar məktəbə gələrkən baş verib. Şəhər hakimiyyətinin və kanalın mənbələrinin məlumatına görə, atəş açan şəxs öldürülüb. Səlahiyyətlilər “icma üçün aktiv təhlükə olmadığını” bildiriblər.
Məktəb məktəbəqədər yaşdan səkkizinci sinfə qədər uşaqlara təhsil verir.
Minnesota qubernatoru Tim Valz sosial mediada başsağlığı verib: "Məktəbin ilk həftəsi bu dəhşətli zorakılıq aktı ilə nəticələnən uşaqlarımız və müəllimlərimiz üçün dua edirəm".
Hadisə yerində dövlət orqanlarının nümayəndələri, həmçinin FTB və ATF agentləri işləyir.
ABŞ prezidenti Donald Tramp özünün Truth Social platformasında “faciəli atışma ilə bağlı tam məlumat əldə etdiyini” bildirib.
Əziz Mustafa