RU

Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto

Sabah daha 3 itkin şəhidimiz dəfn ediləcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, Rizvan Qara oğlu Hacıyev avqustun 29-u saat 13:00-da Kürdəmir rayonunda yerləşən Qocalı kənd qəbiristanlığında, Sumbat Nüdrət oğlu Əliyev saat 14:00-da Füzuli rayonunun Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında, Natiq Zeynal oğlu Kərimov isə saat 16:00-da Qax rayonunun Oncallı kənd qəbiristanlığında dəfn ediləcək.

Избранный
5
35
hurriyyet.az

10Источники