Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan ASCO-nun "Qaradağ" quru yükgəmisi əsaslı təmir edilib.
Trend xəbərverir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilib ki, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılanproses çərçivəsində baş və köməkçi mühərrikləri, mexanizmlər, maşınşöbəsindəki nasoslar, hava kompressorlar, soyuducular,seperatorlar, radionaviqasiya cihazları təmir olunub.
Bundan başqa, baş göyərtədə və maşın şöbəsində borular yenisiilə əvəz olunub, gəmi üzrə gövdə qaynaq, avtomatika vəelektrik-quraşdırma işləri görülüb.
Gəminin sualtı və suüstü hissələri, baş göyərtəsi, üst qurum vəmaşın şöbəsi, eləcə də yük anbarları qapaqları ilə birlikdətəmizlənərək rənglənib.
"Qaradağ" quru yük gəmisinin heyətinə məxsus yaşayış və xidmətiotaqları, sanitar-məişət yerləri də əsaslı təmir edilib.
İşlər başa çatdıqdan sonra "Qaradağ" dəniz sınağına çıxarılıb.Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi yenidənistismara qaytarılıb.