“Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi”.
Bizim.Media xəbər verir ki, bunu “Qarabağ”ın kapitanı Abdullah Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş”la cavab matçından sonra “CBC Sport”a açıqlamasında deyib.
Fransalı yarımmüdafiəçi vurduğu qoldan sonra sevincini baş məşqçisi Qurban Qurbanovla bölüşməsi ilə bağlı da danışıb:
“Bu, öz qərarım idi. Onun necə əziyyətlə çalışdığını bilirəm. Zəhmətimizin bəhrəsini görmək bizi sevindirir. Qurbanov buna, bundan da artığına layiqdir. Çox xoşbəxtəm. Hisslərimi necə ifadə edəcəyimi bilmirəm. Sevincli, çətin oyun oldu”.
Bizim.Media