RU

Bakıda mənzildə partlayış - Yaralı var - FOTO » AzadMedia.az


Bakıda mənzildə baş verən partlayışda bir nəfər xəsarət alıb.

Qurumun Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri Nizami rayonu, Əli Vəliyev küçəsində hadisə yerində əməliyyat şəraitini qiymətləndirən zaman beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən birotaqlı mənzildə yanğınla müşayiət olunmayan partlayışın baş verdiyini və vətəndaşın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qaldığını müəyyən ediblər.

FHN-in qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş, 1987-ci il təvəllüdlü Teymur Musa oğlu Muqamov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində qonşu mənzillərin sakinləri təxliyə ediliblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

07:57

Bakının Nizami rayonunda beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib.

Bu barədə Fövqəladə Hallar Naziliyinin Mətbuat xidməti məlumat yayıb.

Hadisə Əli Vəliyev küçəsində qeydə alınıb. Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Избранный
64
49
azadmedia.az

10Источники