Fransa prezidenti Emmanuel Makron Moldovanın paytaxtı Kişinyovda çıxış edərək, ölkə vətəndaşlarını Rusiyanın Avropa İttifaqına qarşı yaydığı dezinformasiyalara inanmamağa çağırıb. Onun sözlərinə görə, Kreml təbliğatı Avropanı xalqları sıxışdırmaqda və müharibəni uzatmaqda günahlandırır. Makron vurğulayıb ki, bu iddialar yalandır və Avropa İttifaqı xalqların birliyini, sülh və rifahı hədəfləyir.
Fransa lideri ilə yanaşı Almaniya kansleri Fridrix Mers və Polşanın baş naziri Donald Tusk da Moldovada olub. Onlar prezident Maya Sandu ilə görüşüb və ölkənin Sovet İttifaqından ayrılaraq müstəqillik qazanmasının 34-cü ildönümündə keçirilən rəsmi tədbirlərə qatılıblar.
Almaniya kansleri Fridrix Mers çıxışında RusiyaNIN hər gün hibrid hücumlarla Moldovanın azadlığını, rifahını və sabitliyini sarsıtmağa çalışDIĞINI QEYD EDİB.
Avropa liderləri Moldova ilə həmrəy olduqlarını bəyan edərək, ölkənin gələcəyinin Avropa İttifaqında olduğunu vurğulayıblar. Maya Sandu isə çıxışında Rusiyanın qarşıdakı parlament seçkilərinə müdaxilə etməyə hazırlaşdığı barədə xəbərdarlığını təkrarlayıb və bunun dövlətin suverenliyinə birbaşa təhdid yaratdığını bildirib.
Qeyd edək ki, Moldova 2022-ci ildə Ukrayna ilə birlikdə Avropa İttifaqına namizəd statusu alıb və ötən il Brüssel ilə üzvlük danışıqlarına başlamaq barədə razılıq əldə olunub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта