RU

BDYPİ hərəkət iştirakçılarına müraciət edib

Bir neçə gündür davam edən küləkli hava şəraiti respublikanın müxtəlif bölgələrində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün əlavə risklər yaradır. Belə hava şəraitində nəqliyyat vasitələrinin idarə edilməsi çətinləşir, sükan üzərində nəzarət zəifləyir ki, bu da qəfil və arzuolunmaz yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

Herbiand.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən küləkli hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına edilən müraciətdə bildirilib.

Müraciətdə təhlükəsizlik baxımından aşağıdakı məqamlara xüsusi diqqət yetirmək tövsiyə olunub:

- Güclü külək müşahidə olunan ərazilərdə sürət həddini azaltmaq və hərəkəti hava şəraitinə uyğun qurmaq;

- Digər nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsini qorumaq;

- Sükanı möhkəm saxlamaq;

- Açıq magistral yollarda, körpülərdə və dağlıq ərazilərdə daha diqqətli olmaq;

- Avtomobilləri park edərkən aşma riski olan ağacların, dirəklərin və reklam lövhələrinin altında saxlamamaq.

Bununla yanaşı, BDYPİ diqqətə çatdırıb ki, piyadaların da keçidlərdən istifadə edərkən diqqətli olmaları, yaxınlaşan nəqliyyat vasitələrinin sürətini müşahidə etmələri, açıq meydanlarda və geniş yollarda hərəkət zamanı isə daha ehtiyatlı davranmaları vacibdir.

BDYPİ bir daha bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmağa çağırıb.

Избранный
8
37
herbiand.az

10Источники