RU

Rusiya Vinnitsanı vurdu: 29 yaşayış məntəqəsi işıqsız qaldı

Rusiya Ukraynanın Vinnitsa vilayətindəki enerji infrastrukturuna raket zərbələri endirib.

Axar.az xəbər verir ki, bu barədə Vinnitsa vilayət administrasiyası rəhbərinin birinci müavini Nataliya Zabolotnaya məlumat verib.

Onun sözlərinə görə, zərbələr 29 yaşayış məntəqəsində elektrik enerjisi kəsintisinə səbəb olub. Vilayətdə 60 min abonent işıqsız qalıb.

Hazırda ərazidə təcili bərpa işləri aparılır. Xəsarət alanlar barədə məlumat yoxdur.

Избранный
15
3
axar.az

4Источники