I Liqada mübarizə aparan «Difai» növbəti dəfə baş məşqçi dəyişikliyinə gedib.
İyunun ikinci yarısında komandanın sükanı arxasına gətirilən Araz Bağırov buradan ayrılıb.
Onun boşaltdığı vəzifəyə Hüseynqulu Quliyev gətirilib.
Beləliklə, 2023-cü ildən aşağı liqada qüvvəsini sınayan «fədailər»in çalışdırıcılarının sayı 7-yə çatıb.
Ötən müddətdə Paşa Əliyev, Aydın Qasımov, Elgiz Kərəmli, Adil Mahmudov və Xaqani Məmmədov iş başında olub.
SPORTİNFO.AZ