RU

Mərkəzi Bank iki şirkətin valyuta mübadiləsi lisenziyasını dayandırdı

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) “Delta Capital” MMC və “Zuhur” MMC-də aparılan cari nəzarət zamanı qanun pozuntuları aşkarlayıb.

Bu barədə Kommersant.az AMB-yə istinadən xəbər verir.

Mərkəzi Bankdan bildirilib ki, hər iki şirkətə əvvəlcədən verilmiş icrası məcburi göstərişlərə əməl edilməyib, həmçinin “Valyuta tənzimi haqqında” Qanunun və “Valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın tələbləri təkrar pozulub.

Aşkar olunmuş pozuntuların aradan qaldırılması və fəaliyyətin qanunvericiliyə uyğunlaşdırılması məqsədilə Mərkəzi Bankın qərarı ilə "Delta Capital” MMC-yə verilmiş 08.12.2021-ci il tarixli VMF-02 nömrəli, “Zuhur” MMC-yə verilmiş 15.03.2022-ci il tarixli VMF-03 nömrəli lisenziyaların qüvvəsi 28 avqust 2025-ci ildən etibarən 1 ay müddətinə dayandırılıb.

Избранный
34
3
kommersant.az

4Источники