RU

“Bu, Masallının təhsil sahəsində rekorda bərabərdir” - VİDEO

Masallının Həsənli kənd tam orta məktəbinin 11A sinfini bitirən 15 şagirddən 14-ü respublikanın müxtəlif ali təhsil müəssisələrinə, bir nəfər isə könüll şəkildə tibb kollecinə qəbul olub.

AzEdu.az AzTV-yə istinadən xəbər verir ki, bu göstərici Masallıda təhsil sahəsində rekorda bərabədir.

Məktəbin Prezident təqaüdünə namizəd göstərilən şagirdlərdən biri də Zəhra Ramizlidir.

“İmtahanlarda 684 bal toplamışam. Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul oldum. Topladığım bala görə valideynlərimə, müəllimlərimə və məktəb rəhbərliyinə çox təşəkkür edirəm. Uşaqlara tövsiyəm budur ki, dərslərini başa düşərək, zövq alaraq və sevərək oxusunlar”, - Zəhra bildirib.

Direktor Yaqub Ələmovun sözlərinə görə, bu il məktəbi bitirənlərin 5 nəfəri 600 baldan, 5 nəfəri isə 500-dən yuxarı nəticə göstərib: “600 balı keçənlərin 4-ü qız şagirdlərimizdir. Onlardan biri rayon üzrə ən yüksək nəticəni göstərib və Prezident təqaüdünə namizəddir. Digər qız şagirdlərimizdən Aydan isə öz qardaşının yolunu gedərək Qarabağ Universitetini seçib. Onun qardaşı da iki il əvvəl Qarabağ Universitetinə qəbul olub”.

Ətraflı videomaterialda:

Избранный
7
2
azedu.az

3Источники