RU

Elvin Cəfərquliyev İspaniya nəhəngini arzulayır

“Qarşıda qrup oyunları bizi gözləyir. Mənim “Barselona”ya xüsusi simpatiyam var və çox istərdim ki, məhz onlarla düşək”.

Publika.az xəbər verir k, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev deyib.

24 yaşlı müdafiəçi Çempionlar Liqasının pley-off mərhələsində “Ferensvaroş”la cavab görüşünü dəyərləndirib:

“Xalqımızı və bütün futbolsevərləri ürəkdən təbrik edirəm. Mənim üçün də bu qələbə çox xoş oldu. Hərçənd oyunu 2:3 hesabı ilə uduzduq, amma mərhələni adlayan tərəf biz olduq. İkinci dəfə tarix yazıldı. Avropa Liqasında 1/8 final mərhələsində çıxış etmişdim, amma Çempionlar Liqasında ilk dəfə oynayacam. Buna görə çox xoşbəxtəm. Azarkeşlərimizə sonsuz təşəkkürümü bildirirəm, bəlkə də onlar bu gün stadiona gəlməsəydi, biz bu qədər yaxşı oynaya bilməzdik. Son dəqiqələr çox həyəcanlı keçdi. Əgər daha bir qol buraxsaydıq, oyun əlavə dəqiqələrə gedəcəkdi. Çətin oldu, amma şükürlər olsun ki, növbəti mərhələyə yüksəldik”.

Избранный
9
publika.az

1Источники