RU

Gecə dəhşəti: 598 dron və 31 raketlə Ukraynaya hücum edildi  

  Ukrayna Hərbi Hava Qüvvələri ölkəyə misli görünməmiş raket və dron hücumunun həyata keçirildiyini açıqlayıb.

Referans  xəbər verir ki, məlumata görə, ümumilikdə 598 pilotsuz uçuş aparatı və 31 raket ölkənin müxtəlif bölgələrini hədəfə alıb.

Rəsmi açıqlamada bildirilib ki, hücum zamanı 13 məkana zərbələr endirilib. Hava hücumundan müdafiə qüvvələri bir hissəsini məhv etsə də, 35 dron və 5 raketi vurmaq mümkün olmayıb. Bundan başqa, 26 fərqli ərazidə qalıqların düşməsi qeydə alınıb.

Son məlumata əsasən, Kiyevdə artıq 10 nəfərin həlak olduğu təsdiqlənib. Rəqəmlərin artacağı istisna edilmir.  

Избранный
19
1
referans.az

2Источники