RU

Gəncəli uşaqların Şuşa rəsmləri

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Gəncə şəhərindəki Məhsəti Gəncəvi Mərkəzində Şuşanın mədəni və bədii irsinə həsr olunmuş “Şuşa təsviri sənətdə” kitabının təqdimatı keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin nümayəndələri, tanınmış rəssamlar və mədəniyyət xadimlərinin iştirak etdikləri mərasimdə vurğulanıb ki, bu kitab yalnız bir sənət albomu deyil, həm də Azərbaycan ruhunun, tarixinin və milli kimliyinin incəsənətdəki təcəssümüdür. Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, Qarabağın ürəyi kimi əsrlər boyu rəssamların ilham mənbəyi olub. Qala divarları, daş küçələri, məscidlər, təbiətin əzəməti və dağların qoynunda yüksələn şəhər silueti milli təsviri sənətdə özünəməxsus yer tutur. Kitaba daxil edilən əsərlər arasında Gəncədə yaşayıb-yaradan rəssamların da işləri yer alıb və bu da Gəncə ilə Şuşa arasındakı mənəvi bağların təsdiqi baxımından önəmlidir.

Mərasimdə Azərbaycan Rəssamlar İttifaqına yeni üzv seçilmiş gənclərə vəsiqələr təqdim olunub. Onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulanıb.

Hamlet QASIMOV,XQ-nin bölgə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
xalqqazeti.az

2Источники