RU

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun28-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsiMaqdalena Qrononu qəbul edib.

Trend xəbərverir ki. Maqdalena Qrono Avropa İttifaqının rəhbərliyininsalamlarını dövlətimizin başçısına çatdırıb, AzərbaycanPrezidentini Avropa İttifaqının rəhbərliyi və öz adındanVaşinqtonda Ermənistanla münasibətlərin normallaşdırılması, sülhgündəliyi ilə bağlı əldə edilmiş mühüm nəticələr münasibətilətəbrik edib. O, bu prosesin regionda davamlı sülhün təminolunmasına böyük töhfə verdiyini vurğulayıb. Qonaq Avropaİttifaqına üzv dövlətlərin də Azərbaycanla Ermənistan arasında əldəolunmuş sülhü dəstəklədiklərini bildirib. Maqdalena Qrono, həmçininAvropa İttifaqının iki ölkə arasında razılaşdırılmış məsələlərin, ocümlədən nəqliyyat dəhlizinin həyata keçirilməsi prosesinə dəstəkverməyə hazır olduğunu qeyd edib.

Prezident İlham Əliyev salamlara və təbriklərə görəminnətdarlığını bildirib, onun da salamlarını Avropa İttifaqınınrəhbərliyinə çatdırmağı xahiş edib.

Dövlətimizin başçısı Vaşinqtonda əldə olunan nəticələrin tarixiəhəmiyyət kəsb etdiyini deyərək, bu prosesdə Amerika BirləşmişŞtatlarının rolunu xüsusi vurğulayıb. Prezident İlham Əliyev qeydedib ki, ABŞ-ın vasitəçiliyi ilə imzalanmış Vaşinqton bəyannaməsi,sülh sazişinin paraflanması və Minsk qrupunun ləğv edilməsi iləbağlı Azərbaycan və Ermənistanın birgə müraciəti sülh prosesindəatılan mühüm addımlardır.

Görüşdə ölkəmizin Ermənistanla ikitərəfli əsasda etimadquruculuğu tədbirlərini dəstəklədiyi qeyd olunub. Azərbaycanın əsashissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat vətranzit bağlantısının yaradılmasının vacibliyi bir daha vurğulanıb,xüsusilə Naxçıvanda nəqliyyat infrastrukturunun yenilənməsiistiqamətində Avropa İttifaqı ilə əməkdaşlıq üçün geniş imkanlarınolduğu bildirilib.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasındaəməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident
Prezident
Prezident
Prezident
Prezident
Избранный
58
47
az.trend.az

4Источники