Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı-Şamaxı yolunda avtomobil alışaraq kül olub.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə avqustun 27-də saat 18:00 radələrində Bakı-Şamaxı yolunun 40-cı kilometrliyində qeydə alınıb: “Belə ki, Əhədov Ramil Aydın oğlunun idarə etdiyi 77-XA-920 dövlət nömrə nişanlı “KIA Optima” markalı avtomobil texniki nasazlıq səbəbindən yanmağa başlayıb. Yanğın qısa zamanda avtomobilin digər hissələrinə keçib və maşın tamamilə yararsız vəziyyətə düşüb”.
Qeyd edək ki, hadisə baş verməzdən öncə onkoloji xəstə olan sürücünün halı qəfil pisləşib və sükan arxasında dünyasını dəyişib.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.