RU

Sülh bərqərar olunub, amma fikir ayrılıqları var - PAŞİNYAN

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sülhün artıq təsbit olunduğunu bildirib.

Modern.az xəbər verir ki, o, avqustun 28-də hökumət iclasından sonra jurnalistlərlə söhbətində bu barədə danışıb.

Paşinyan qeyd edib ki, Azərbaycanın prezidenti də son müsahibəsində Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasını vurğulayıb.

“Biz qeyd edirik ki, sülh təsbit olunub, amma bu o demək deyil ki, tərəflərin bir-birinə sualları qalmayıb. Belə hal heç vaxt olmur, hətta dost ölkələrlə münasibətlərdə də. Dövlətlər arasında münasibətlərin qurulması və inkişafı dinamik prosesdir. Tərəflər həm razılaşmaları, həm də razılaşmamazlıqları ilə mövcuddurlar. Bu isə ümumi mənzərəyə təsir göstərmir”.

Paşinyan avqustun 18-də xalqa müraciətində də vurğuladığını xatırladaraq deyib ki, sülh daim qayğıya ehtiyac duyur:

“Sülh təsbit olunub, indi isə bu sülhün daha da institusional xarakter almasına nail olmaq lazımdır. Mənim bəyanatımdan bu günə qədər heç nə dəyişməyib və düşünürəm ki, dəyişməyəcək də”.

Избранный
21
2
modern.az

4Источники