RU

Falçıya gedənlər cərimələnəcək? AÇIQLAMA

ain.az, Tribuna portalına istinadən məlumat verir.

Cəmiyyətimizdə fala inananların sayı az deyil. Hətta imkanlı şəxslər, biznesmenlər belə, həyatını, planlarını fal üzərindən həyata keçirirlər. Bir çox insan şəxsi həyat, gələcək və ya qərarları ilə bağlı falçıya üz tutur. Halbuki bu, elmi əsası olmayan inancdır və insanların aldadılmasına da yol aça bilir.

Belə olan halda gələcəkda Azərbaycanda falçılara gedənlərə cərimə tətbiq edilə bilərmi?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, son dövrlərdə bu sahədə “irəliləyiş” və “inkişaf” müşahidə olunur.

E. Bayramlının sözlərinə görə, kütləvi şəkildə falçılara, cadugərlərə inananlar, gedənlər, bu yolda iş görmək istəyənlər var. Bu da cəmiyyətin cahil və savadsız olduğunu göstərir. Çünki belə hallar savadsız və cahil cəmiyyətlərdə mövcud olur.

Sosioloq qeyd edir ki, dünyanın sivil ölkələrində belə şeylər görməzsiniz. Ya da çox nadir hallarda ola bilər.

Bu o deməkdir ki, güclü sürətdə təhsilsizlik, cəhalət var. Çünki bu məsələ dinə ziddir. Ən böyük günah və şeytan əməli sayılır. Fal ilə gələcəyi dəyişmək mümkün deyil.

Elçin Bayramlı vurğulayıb ki, istedadı, qabiliyyəti olan adamlar ola bilər. Bu isə artıq elmi araşdırma sahəsidir. Belə qabiliyyəti olanlarla dünyada elmi institutlar məşğul olur. Orada bunu biznes fəaliyyətinə çevirmirlər. Bizdə isə bu bazardır. Bir çox dələduzlar cahil kütləni aldatmaq üçün müxtəlif saxta oyunlar təşkil edir, inandırıcı hadisələr törədirlər. Bu cür təbliğ edərək, nəticədə xeyli insan onların yanına gəlir.

Çözüm məsələsinə gəldikdə, sosioloq sonda bildirib ki, bu elə bir vəziyyətdir ki, bunu inzibati yolla da tənzimləmək mümkün deyil. Düzdür, fəaliyyəti qadağan etmək olar, ancaq insanlar savadsızdırsa, yenə bundan müxtəlif formalarda istifadə edəcəklər. Problemin həlli cəmiyyətin həm dini, həm də elmi cəhətdən savadlanmasıdır.

Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
2
tribunainfo.az

3Источники