RU

“Ukrayna böhranının siyasi həlli üçün şərait yaradılmalıdır” Çin XİN

ain.az, 525.az saytına istinadən bildirir.

“Çin hakimiyyəti Ukrayna böhranının siyasi üsullarla nizamlanmasına şərait yaradılmasını zəruri hesab edir”.

525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Jiakun brifinqdə deyib.

“Biz bütün maraqlı tərəfləri üç prinsipə riayət etməyə çağırırıq: münaqişənin genişlənməsinə imkan verməmək, hərbi eskalasiyadan yayınmaq və gərginliyin artmasına səbəb olan hərəkətlərdən çəkinmək. Bu, eskalasiyanın azaldılmasına kömək edəcək və Ukrayna böhranının siyasi həlli üçün əlverişli şərait yaradacaq”, - o bildirib.

Rəsmi nümayəndə qeyd edib ki, Çinin Ukrayna ilə bağlı mövqeyi ardıcıl və birmənalı olaraq qalır: “Dialoq və danışıqlar böhranın həlli üçün yeganə uyğun yoldur”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
525.az

1Источники