Portuqaliya çempionatının bürünc mükafatçısı "Portu" yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, sözügedən klub "Nitsa"nın futbolçusu Pablo Rosario ilə müqavilə imzalayıb.
Futbolçunun keçidini "Portu"nun mətbuat xidməti açıqlayıb.
Niderland millisində də 1 matç keçirən Dominikan yığmasının yarımmüdafiəçisi yeni komandasına 3,75 milyon avroya başa gəlib. "Nitsa"ya daha 500 min bonus olaraq ödənilə bilər. Müqavilənin müddəti 4 illikdir. Fransa klubu Rosarionun növbəti satışından 15 faiz alacaq. Futbolçu 50 milyon avro qarşılığında "Portu"dan ayrıla bilər.
Rosario “Nitsa”nın heyətində 149 oyun keçirib (4 qol, 6 məhsuldar ötürmə, 28 sarı və 2 qırmızı vərəqə).