RU

Azərbaycanda hidrotexniki tunellər üçün layihələndirmə normaları təsdiqlənib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Hidrotexniki tunellər. Layihələndirmə normaları"nı təsdiqləyib.

Bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Bu Normalar su elektrik stansiyalarının, meliorasiya sistemlərinin tərkibinə daxil olan, həmçinin su təchizatı kəmərlərinin çəkilişində tikilən və yenidən qurulan hidrotexniki tunellərin bütün siniflərinin layihələndirilməsinə şamil edilir.

Xüsusi şəraitlərdə (seysmiki aktiv ərazilərdə, mürəkkəb mühəndisi-geoloji şəraitdə və s.) hidrotexniki tunellərin layihələndirilməsi zamanı müvafiq normativ sənədlərin əlavə tələblərinə riayət etmək lazımdır.

Hidrotexniki tunelləri layihələndirərkən onun bütün uzunluğu boyu mühəndisi-geoloji tədqiqatlar aparılmalıdır.

Mühəndisi-geoloji və hidroloji tədqiqatlar zamanı aşağıdakılara xüsusi diqqət yetirilməlidir:

- tunelin istiqaməti boyunca və onun tikildiyi ərazidə tektonik pozulmalara;

- yeraltı suların səthlərinin səviyyəsi və bu suların qidalanma mənbələrinə;

- tunelin qrunt (qaya) massivindən giriş-çıxışı sahələrində baş verə biləcək sürüşmə prosesləri və sel axınlarına;

- süxurların süzülmə proseslərinə qarşı dayanıqlığına;

Избранный
28
5
aznews.az

6Источники