RU

Bu idarə Bərdədən Xankəndiyə köçürülür

Prezident İlham Əliyev "İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında" 12 avqust 2021-ci il tarixli fərmanında dəyişiklik edib.

MilliYol.az xəbər verir ki, dəyişikliyə əsasən, övlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Bərdədən Xankəndiyə köçürülür.

Onun fəaliyyəti Xankəndi şəhərini və Ağdərə rayonunu da əhatə edəcək.

Nazirlər Kabineti və Dövlət Komitəsi fərmandan irəli gələn məsələləri həll etməlidir.

Избранный
26
27
milliyol.az

10Источники