RU

“Bryusla bağlı verdiyim ən çətin qərarlardan oldu” Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dünyaşöhrətli​ aktyor Bryus Uillisin ailəsi onu ayrı evə köçürüb.

“Qafqazinfo” “Forbes”ə istinadən xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı Emma Heminq məlumat yayıb.

Uzun müddətdir demensiya xəstəliyindən əziyyət çəkən Uillisin xanımı aktyorun hazırkı vəziyyətindən danışıb. Qadın Bryusun onu və ailəsini hələ də tanıdığına inandığını qeyd edib.

Ailəsi aktyorun təhlükəsizliyini təmin etmək və onu sutkalıq qayğı qrupu ilə təmin edə bilmək üçün Uillisi yaxınlıqdakı ayrı bir evə köçürmək qərarına gəlib: “Bu, həyatımda verməli olduğum ən çətin qərarlardan biri idi. Amma bilirdim ki, Bryus hər şeydən əvvəl qızlarımızın öz ehtiyaclarına daha uyğun olan evdə yaşamasını istəyərdi”.

Qeyd edək ki, 70 yaşlı aktyora 2022-ci ildə demensiya diaqnozu qoyulub. Bu xəstəlik özünü emosional və sosial bacarıqların itirilməsi ilə  büruzə verir. Ağır formalarında isə xəstələr ən doğma insanlarını belə tanımamağa başlayırlar. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
1
qafqazinfo.az

2Источники