RU

Ukraynalı komandirin Macarıstana girişi qadağan olunub

Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdridiyi video-çarxda belə deyib. Siyyarto Ukraynanın son vaxtlar Macarıstanın təhlükəsiz enerji təchizatı üçün həyati əhəmiyyət kəsb edən “Dostluq” neft kəmərinə bir neçə hücum həyata keçirdiyini diqqətə çatdırıb. - “Dostluq” kəməri olmadan Macarıstanı xam neftlə təmin etmək mümkün deyil. Ukrayna bunu yaxşı bilir. Ukrayna “Dostluq” neft kəmərinin Macarıstanın enerji təhlükəsizliyi üçün vacib olduğunu anlayır”, - Macarıstan XİN-in rəhbəri vurğulayıb.

Ukrayna yenə “Dostluq” neft kəmərini vurub | VİDEO

Bu hücumlarla bağlı Ukraynanı ittiham edən diplomat, onların ilk növbədə Rusiyaya yox, Macarıstana və təbii ki, Slovakiyaya zərər verdiyini deyib. - “Dostluq” neft kəmərinə son hücum son dərəcə ciddi idi. Kəmərin təmir o qədər uzun çəkdi ki, biz strateji və ya qəza halları üçün topladığımız ehtiyatlarımızdan istifadə etməli olduq”, - Peter Siyyarto deyib. O, qeyd edib ki, Budapeşt enerji təhlükəsizliyinə hər bir hücumu “suverenliyə hücum” kimi qiymətləndirir. Bu baxımdan, Macarıstanın suverenliyinə qarşı heç bir hücum qarşılıqlı nəticə olmadan qala bilməz. Bu kontekstdə, Budapeşt “Dostluq” neft kəmərinə son dərəcə ciddi hücumlara görə məsuliyyət daşıyan Ukraynanın hərbi hissəsinin komandirinin Macarıstana və bütün Şengen zonasına daxil olmasına bir neçə il ərzində qadağa qoymaq qəraraına qərarına gəlib. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
azvision.az

1Источники