2025-ci ilin yanvar-iyul dövründə Avropada 84 min 416 ədəd BYD modeli satılıb.
Marja.az Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) məlumatına istinadən xəbər verir ki, Çinin avtomobil istehsalçısı BYD-nin Avropada satışları 290% (3,9 dəfə) artıb və şirkətin bazar payı iyulda 1,2% təşkil edib.
2024-cü ilin yanvar-iyul dövründə Avropada 21 min 612 ədəd BYD modeli satılmışdı.
Çinin avtomobil istehsalçısı BYD, ABŞ-ın elektrikli avtomobil markası Tesla-nı pazar payı üzrə geridə qoyub. İyul ayında BYD-nin pazar payı 1,2%-ə yüksəlib, Tesla-nın pazar payı 0,8%-ə geriləyib.