RU

İçərişəhərdəki bütün ağacların qeydiyyatına və nömrələnməsinə başlanılıb - FOTO

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsi çərçivəsində İçərişəhərdəki bütün ağacların qeydiyyatına və nömrələnməsinə start verilib.

Day.Az xəbər verir ki, hər bir ağacın üzərinə xüsusi nömrələnmiş inventar lövhələri vurulur, həmin inventar lövhələrində ağacın kodu və onun elektron uçot vərəqinə keçid imkanı yaradan QR-kod yerləşdirilir.

İnventarlaşdırma nəticəsində İçərişəhərin bütün yaşıllıqları "Şəhər yaşıllıqlarının reyestri" informasiya sisteminə daxil ediləcək. Proses tam zərərsiz üsulla aparılır və #inventar lövhələri ətraf mühit təsirlərinə davamlı materialdan hazırlanır.

Layihənin məqsədi İçərişəhərin yaşıllıqlarını qorumaq, ekoloji mühiti yaxşılaşdırmaq və gələcək nəsillərə yaşıl irs ötürməkdir.

  • İçərişəhərdəki
  • İçərişəhərdəki
  • İçərişəhərdəki
  • İçərişəhərdəki
  • İçərişəhərdəki
  • İçərişəhərdəki
  • İçərişəhərdəki
  • İçərişəhərdəki
  • İçərişəhərdəki
  • İçərişəhərdəki
  • İçərişəhərdəki
  • İçərişəhərdəki
  • İçərişəhərdəki
  • İçərişəhərdəki
  • İçərişəhərdəki
  • İçərişəhərdəki
  • İçərişəhərdəki
  • İçərişəhərdəki
Избранный
12
14
day.az

10Источники