RU

“Hamının arzusu “Real” və ya “Barselona” ilə qarşılaşmaqdır”

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferensvaroş”a qarşı cavab oyunundan (2:3) sonra fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, monteneqrolu futbolçu ilk qarşılaşmadan sonra böyük üstünlüyə sahib olduqlarını vurğulayıb:

“İlk oyundan sonra yaxşı üstünlüyümüz var idi. Amma cavab görüşünə yaxşı başlamadıq. Bu cür rəqiblərə imkan verdikdə, onlar dərhal bundan faydalanırlar. Matç çox çətin keçdi, rəqibin əlavə 3-4 real imkanı oldu. Xırda detallar oyunun taleyinə təsir edir. Xüsusən də standart vəziyyətlərdə çətinlik çəkirdik. Buna baxmayaraq, yekunda mərhələ adladıq. Hamını təbrik edirəm. Çempionlar Liqasının Liqa mərhələsində iştirak etməyə layiq idik”.

Yankoviç püşkdə qarşılaşmaq istədiyi komandalardan da söz açıb:

“Hamının arzusu “Real” və ya “Barselona” ilə qarşılaşmaqdır. Bu yaxşı fikirdirmi, bilmirəm, çünki onlara qarşı oynamaq çox çətin olacaq. Amma bu da böyük təcrübədir. Belə oyunlardan zövq almaq lazımdır”.

Təcrübəli yarımmüdafiəçi azarkeşlərin dəstəyini xüsusi vurğulayıb:

“Azarkeşlər möhtəşəm idilər. Hər birinə təşəkkür edirəm. Onların dəstəyi bizə çox kömək oldu. Bu qələbə həm də onların payıdır”.

 

Избранный
5
1
idmanxeber.az

2Источники