RU

"Soyqırımların məsuliyyəti beynəlxalq hüquqda nəzərə alınmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ballıqaya qətliamı ermənilərin törətdiyi onlarla soyqırımdan biridir. Ümumiyyətlə, həm rəsmi şəkildə məlum olan, həm də hələ aşkar olunmamış qətliamlar var ki, bunların araşdırılması və üzə çıxarılması hələ də davam etməlidir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, Ballıqaya qətliamı dövlətin daim nəzarətində olan hadisələrdəndir: "Bu istiqamətdə aparılan fəaliyyət kompleks yanaşma tələb edir, çünki ayrı-ayrı hallarda fərdi yanaşma yetərli olmur.

Məsələn, təkcə Ballıqaya ilə bağlı dövlətin mövqeyi deyil, ümumilikdə Ermənistanın Azərbaycana vurduğu zərərlər, Zəngəzur dəhlizinin açılması və Naxçıvanla Azərbaycanın əsas hissəsinin birləşdirilməsi məsələləri də gündəmdədir.

Ermənistanın vurduğu zərərlər arasında təkcə maddi yox, həm də insan faktoru ilə bağlı ciddi itkilər var — soyqırımlar, deportasiyalar və fiziki zorakılıqlar. Bu da dövlətin kompleks şəkildə yanaşmalı olduğu məsələlərdəndir.

Lakin fərdi səviyyədə də fəaliyyət göstərmək mümkündür. Məsələn, Ballıqaya qətliamı və digər soyqırımlarla bağlı beynəlxalq məhkəmələrdə Ermənistanın məsuliyyətə cəlb olunması üçün qeyri-hökumət təşkilatları tərəfindən iddialar qaldırıla bilər. Bu istiqamətdə fəaliyyət göstərən qurumlar var və onlar beynəlxalq hüquq müstəvisində müvafiq addımlar ata bilərlər.

Xalq olaraq bu məsələlər bizim ürəyimizdədir. 2020-ci ildə torpaqlarımızın azad olunması ilə bu istiqamətdə daha geniş tədqiqatlar aparmaq və soyqırımı faktlarını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün real imkanlar yaranıb.

Bu məsələlər üzərində daha ciddi işləmək zamanıdır və bu da mümkündür, baş verə bilər".

Müəllif: Günel Fərzəliyeva
Избранный
36
1
sia.az

2Источники