RU

İsveçdə telefon vasitəsilə satışların qadağan edilməsi təklif olunur

İsveçin İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi (Konsumentverket) telefon vasitəsilə satışların (telemarketinqin) tam qadağan edilməsini təklif edib. Qurumun fikrincə, bu üsul bütün qaydalara əməl olunsa belə problemlidir, çünki istehlakçılar zəng zamanı məhsul, qiymət və müqavilə şərtləri barədə bütün məlumatı düşünməyə imkan tapmırlar.

AZƏRTAC xəbər verir ki, Konsumentverket alternativ olaraq “opt-in” sisteminin tətbiqini təklif edir. Bu sistemdə şirkətlər yalnız əvvəlcədən onlarla əlaqə saxlanılmasını arzulayan müştərilərə zəng edə bilərlər.

Təşəbbüs bu sahənin təşkilatçılarının tənqidi ilə qarşılanıb. “Kontakta” assosiasiyasında bildiriblər ki, agentlik səlahiyyətlərini aşıb, çünki hökumətin tapşırığında tam qadağa məsələsindən söhbət getmir.

“Qarşıya qoyulan tapşırıq mövcud telefonla satış praktikasını nəzərdən keçirmək və müəyyən məhsul, xidmət və ya sahələr üzrə əlavə tədbirlərin və ya qaydaların sərtləşdirilməsinin lazım olub-olmadığını müəyyənləşdirmək idi. Burada isə hökumətin göstərişinə zidd hərəkət edilir. Mənim fikrimcə, bu, dövlət qurumunun açıq-aşkar aktivizmidir ki, bu da İsveçdə yolverilməzdir”, – deyə “Kontakta” nümayəndələri qeyd ediblər.

Assosiasiyada həmçinin vurğulanıb ki, telefonla satış minlərlə insan, o cümlədən gənclər və miqrantlar üçün iş imkanı yaradır.

“Konsumentverket” rəhbərliyi isə öz növbəsində israr edir ki, problemi həll etmək üçün telefon vasitəsilə satışlardan tamamilə imtina edilməlidir, çünki qanunvericilikdə qismən dəyişikliklər nəticə verməyəcək.

Избранный
4
5
yeniazerbaycan.com

6Источники