RU

Paytaxtda I sinfə qəbulla bağlı 39 minə yaxın sorğu yerləşdirildi

Bu günə kimi paytaxt məktəblərinin birinci sinfinə 38 814 uşaq üçün elektron sistem vasitəsilə sorğu yerləşdirilib.

Bakues.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 12-nə qədər davam edəcək. www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə (https://baku.edu.gov.az/az/page/276), eləcə də 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edə bilərlər.

Vətəndaşlara alternativ qeydiyyat mərkəzlərində həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər xidmət göstərilir. Valideyn alternativ qeydiyyat mərkəzinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.

Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi və “WhatsApp” vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) də müraciət ünvanlaya bilərlər.

Избранный
46
24
icma.az

10Источники