Portuqaliyanın “Braqa” klubu “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması ilə bağlı maraqlı təbrik ünvanlayıb.
Demokrat.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi “TikTok” hesabında paylaşım edilib.
Paylaşımda məşhur filmdən ağlama səhnəsi paylaşılıb və bu sözlər yazılıb: “Qarabağ”ın UEFA Çempionlar Liqasına yüksəlməsini izləyən qürurlu ata kimi hiss edirəm”.
Videonun açıqlama hissəsinə isə “sizin üçün xoşbəxtik, uşaqlar. Uzun bir yol qət etdik”,- sözləri əlavə olunub.
Bu da izləyicilər tərəfindən maraqla qarşılanıb. Onlar rəqibin hələ də “Qarabağ”ı unutmadığını qeyd ediblər.
Xatırladaq ki, ötən il “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı ümumi 6:5 hesabı ilə məğlub edərək, 1/8 finala adlamışdı.
Sözügedən paylaşımı təqdim edirik: