RU

Azərbaycandan xarici bazarlara alma, armud və heyva ixracı 53,6% artıb

Azərbaycandan xarici bazarlara alma, armud və heyva ixracında artım dinamikası davam edir.

Finss.az-ın məlumatına görə, bu ilin yanvar-iyul aylarında ölkəmizdən 58 941,5 ton alma, armud və heyva ixrac olunub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53,6% artım deməkdir.

İxrac dəyəri də yüksəlib

Qeyd olunub ki, ixrac olunan məhsulun həcmi ilə yanaşı, dəyərində də artım müşahidə olunur.

  • İxracın ümumi dəyəri: 41 647,7 min ABŞ dolları
  • Ötən ilin eyni dövrü ilə müqayisədə artım: 62,9%

Fuad Mədətov
Finss.az

Избранный
30
4
fins.az

8Источники