Monqolustanın qərbində 5.3 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Məlumata görə, zəlzələ saat 9:22-də (Bakı vaxtı ilə 6:22 - red.) Ulanqom şəhərindən 44 km cənub-şərqdə baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.
Bəzi KİV-in bildirdiyinə görə, yeraltı təkanlar Tuva Respublikasına da çatıb. Belə ki, Kızıl, Ak-Dovurak, Şaqonar və digər şəhərlərin sakinləri titrəyişləri hiss etdiklərini deyiblər.