RU

Makron Rusiyanın Kiyevə hava hücumunu pislədi

Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi hava hücumlarını sərt şəkildə qınayıb.


Manset.az xəbər verir ki, dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Moskvanın həyata keçirdiyi hücumlar sülhə deyil, terrora və barbarlığa xidmət edir.

“Rusiyanın sülh anlayışı budur – terror və barbarlıq”, – Makron vurğulayıb.

Fransa lideri qeyd edib ki, hücumlar zamanı aralarında uşaqların da olduğu onlarla mülki şəxs həlak olub. Onun sözlərinə görə, Rusiya bir gecədə Ukrayna ərazisinə 629 raket və pilotsuz uçuş aparatı ilə hücum təşkil edib.

Makron yaşayış məntəqələrinin, mülki infrastrukturun və hətta Avropa İttifaqının Ukraynadakı nümayəndəlik ofisinin də qəsdən hədəf alındığını bildirib.

“Fransa bu anlaşılmaz və qəddar hücumları ən sərt şəkildə pisləyir. Biz Ukrayna xalqına tam dəstəyimizi ifadə edir, bütün kədərli ailələrə dərin hüznlə başsağlığı veririk”, – Fransa prezidenti bəyan edib.

Son məlumata görə, Rusiya ordusunun endirdiyi hücumlar nəticəsində 3-ü uşaq olmaqla 14 nəfər həlak olub, 38 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Избранный
9
manset.az

1Источники