RU

Tramp əzəli düşmənini yenidən hədəf aldı Məşhur cinayətkar a qarşı yeni PLAN

ain.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın maliyyəçi, iş adamı, siyasi fəal Corc Soros və onun oğlu ilə bağlı sərt bəyanatı böyük maraqla qarşılanıb. Tramp onların hər ikisini “cinayətkar” və “manyak” adlandırıb.

Dünyada rəngli inqilabların maliyyələşdirilməsi ilə tanınan Soros Fondu uzun illər ərzində ABŞ-ın Demokratlar Partiyası ilə əməkdaşlıq edib. Ağ Evdə müxtəlif zamanlarda məhz demokratların hakimiyyətə gəlişi isə adətən dünyada yeni rəngli inqilablar dalğası ilə əlaqələndirilir.

Trampın bəyanatından sonra ABŞ-da Sorosun rəhbərlik etdiyi fondun ləğv olunması və ya qanundankənar elan edilməsi ehtimalı gündəmə gələ bilərmi?

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Soros qlobalistlərin maliyyə dəstəkçisi kimi tanınır:

“O, sözügedən ideyaya inanan və bu kontekstdə demokratları dəstəkləyən bir iş adamıdır. Eyni zamanda bir çox qlobal səviyyədə baş verən cinayətlərdə, xüsusən də hakimiyyətlərin və dövlət başçılarının qeyri-qanuni yollarla devrilməsində ciddi iştirakçı kimi göstərilir. Bundan başqa, Soros ilə Donald Tramp arasında açıq şəkildə ədavət mövcuddur.

Bir sözlə, Trampın sərt açıqlamaları yalnız şəxsi münasibətlər müstəvisində deyil, həm də ABŞ siyasətində mühüm rol oynayan Sorosun ictimai qınağa məruz qalması məqsədini daşıyır. Çünki perspektivdə Sorosun Fonduna qarşı atılacaq hər hansı addım üçün ilk növbədə ictimai rəyin formalaşdırılması zəruridir. Trampın son açıqlamaları da bu məqsədlə verilmiş bəyanatlar kimi qiymətləndirilə bilər”.

Həmçinin oxuyun:

Tanınmayan sayta 545 minlik qrant niyə verilib? – VİDEO

Natiq Miri

Politoloqun sözlərinə görə, fondun ləğvi məsələsi o qədər də asan deyil:

“Çünki fond yalnız cinayətlərin maliyyələşdirilməsi üçün istifadə olunmur, həmçinin humanitar və xeyriyyəçilik fəaliyyəti də həyata keçirir. Fondun nizamnaməsində də belə bir məqsəd rəsmi şəkildə göstərilə bilməz. Ona görə də onun ləğv olunması üçün ciddi faktlar və möhkəm hüquqi sübutlar tələb olunur. ABŞ-da məhkəmə sistemi siyasi hakimiyyətdən asılı deyil və prezidentin istəyi ilə hər hansı qərar dərhal icra edilə bilməz.

Bununla belə, aydındır ki, Donald Tramp əsas rəqibi və onun hakimiyyətinə qarşı qlobal mediada kampaniyaları maliyyələşdirən Corc Sorosu və fondunu siyasi səhnədən kənarlaşdırmaq istəyir. Çünki tez-tez mediada Ağ Ev rəhbərinə qarşı sərt ittihamların və onun gördüyü işlərin mənfi məzmunla təqdim edilməsinin arxasındakı ən böyük maliyyə gücü kimi məhz Soros göstərilir.

Tramp düşünür ki, Sorosu aradan çıxarmaqla bu problemi həll edə bilər. Çünki artıq ABŞ prezidentinə qarşı etiraz aksiyalarının təşkil olunması istiqamətində ciddi hazırlıqlar müşahidə edilir. İnsanların küçələrə axışması sadəcə öz təşəbbüsləri ilə baş vermir, bunun arxasında böyük maliyyə dəstəyi dayanır. Ona görə də Trampın belə açıqlamalar verməsi və Sorosu hədəf alması təsadüfi deyil”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
2
globalinfo.az

3Источники