RU

Ukrayna mətbuatı Prezident İlham Əliyevin müsahibəsini geniş işıqlandırıb

Ajans.az AZƏRTAC-a istinadən xəbər verir ki, “RBK-Ukrayna”, “Korrespondent”, “Qordon” və digər nüfuzlu media orqanlarında dərc olunan materiallarda dövlət başçısının müxtəlif mövzularda səsləndirdiyi bəyanatlar diqqət mərkəzində olub. Məqalələrdə Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən ölkə kimi bütün dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyini vurğulaması xüsusi qeyd edilib. Bildirilib ki, Rusiya–Ukrayna müharibəsinin ilk günlərindən Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və bu mövqeyini davam etdirir. Ukrayna mətbuatı həmçinin dövlət başçısının Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə diqqət ayırıb. Yazılarda vurğulanır ki, məhz SSRİ-nin fəaliyyəti nəticəsində Azərbaycan ərazisinin bir hissəsi itirilib. Belə ki, Sovet İttifaqı 1920-ci ildə Qərbi Zəngəzuru Azərbaycandan ayıraraq Ermənistana verib və bunun nəticəsində Naxçıvan anklava çevrilib. Bundan başqa, Ukrayna KİV-ləri Prezident İlham Əliyevin Vaşinqtona səfəri və sabiq ABŞ prezidenti Donald Trampla görüşü ilə bağlı açıqlamalarına da geniş yer veriblər.

 

Избранный
14
Ajans.az

1Источники