RU

Rusiya Avroittifaqın Kiyev nümayəndəliyini vurdu - Almaniya Rusiyanı hədələdi…


Rusiya Avropa İttifaqının Kiyevdəki nümayəndəliyini vurub. Aİ-nin Ukraynadakı nümayəndəliyinə hücumu Avropa Komissiyasının sədri Ursula fon der Leyen də təsdiqləyib. O,personalın xəsarət almadığını bildirib.

Aİ-nin Kiyevdəki səfiri Katarina Mathernova isəə deyib ki, Aİ nümayəndəliyi “şok dalğasından ciddi ziyan görüb”.

Aİ Komissiyasının sədri X sosial şəbəkə hesabında "Aİ-nin Kiyevdəki nümayəndəliyinə də hücum edilib. Nümayəndəliyimizdəki işçilər təhlükəsizlikdədir" yazıb.

Almaniyanın xarici işlər naziri İohan Vadeful isə hücuma görə, Rusiyanı hədələyib.Nazir deyib ki, Rusiyanın Aİ nümayəndəliyinin binasına etdiyi hücum cavabsız qala bilməz.

O, 29-30 avqust tarixlərində Aİ ölkələrinin xarici işlər nazirləri səviyyəsində Rusiyanın hücumuna cavab verilməsini müzakirə edəcəyini bəyan edib.

TAHİR

Избранный
3
baki-xeber.com

1Источники