RU

İran hakimiyyəti türk adı ilə uşağın qeydiyyatından yenə imtina edib

Ajans.az “Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki,yeni doğulan körpənin atası bildirib ki, oğlu iyunun 2-də dünyaya gəlib. Lakin dövlət rəsmiləri valideynlərin seçdiyi adın rəsmi sistemdə mövcud olmadığını və türk-ərəb mənşəli olduğunu əsas gətirərək qeydiyyata icazə verməyiblər. Ailə məsələ ilə bağlı məhkəməyə müraciət etsə də, iş üzrə dinləmələr hələ başlamayıb. Nəşr edilən vaxtadək uşağın doğumundan 85 gün keçib. Rəsmi sənədlərin olmaması ailə üçün ciddi problemlərə yol açıb – körpə peyvəndlərdən və tibbi yardımdan məhrum qalıb ki, bu da onun sağlamlığı üçün təhlükə yaradır. Məlumata görə, bu hadisə İranda etnik azlıqların üzləşdiyi məhdudiyyətlərin tək nümunəsi deyil. Daha əvvəl İran Prezidenti Məsud Pezeşkian türk adlarının istifadəsinə qoyulan sistemli məhdudiyyətlərlə bağlı başlanan “Mənim Uşağımın Adı” ictimai kampaniyasına cavab vermişdi. 15 min 761 nəfərin imzaladığı petisiyanın ardından prezident məsələni diqqətlə araşdırmaq və məhdudiyyətlərin aradan qaldırılması üçün Dövlət Qeydiyyatı Departamentinə göstəriş vermişdi. Xatırladaq ki, son illərdə İranda Azərbaycan türkləri arasında uşaqlara verilən milli adların rəsmi tanınmaması problemi daha da kəskinləşib. Buna etiraz olaraq vətəndaşlar “Uşağımın adı” kampaniyası çərçivəsində prezident Məsud Pezeşkian, daxili işlər naziri və parlament sədərinə açıq məktub ünvanlayıblar. Ekspertlər hesab edirlər ki, belə məhdudiyyətlər yalnız beynəlxalq insan haqları standartlarına deyil, həm də etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar tanıyan İran Konstitusiyasına ziddir.

 

Избранный
14
Ajans.az

1Источники