Türkiyənin “Beşiktaş” klubu futbolçusu Məhəmməd Əl-Musratini icarəyə verib.
Adalet.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi karyerasını qarşıdakı bir il ərzində İtaliyanın “Verona” komandasında davam etdirəcək.
Artıq tərəflər arasında razılıq əldə olunub. Futbolçu ötən mövsüm Fransa təmsilçisi “Monako”da icarədə olub.
Qeyd edək ki, Məhəmməd Əl-Musrati 2024-cü ildə Portuqaliyanın “Braqa” klubundan “Beşiktaş”a keçib.