RU

Müharibə səbəbindən Ukraynaya qayıtmaq istəməyən futbolçu "Neftçi"dən ayrılmağı qəbul etdi

Andrey Ştoqrin ötən ilin yayında anlaşdığı "Neftçi" ilə yolun sonuna gəlib.

Sitat.info Oxu.az-a istinadən xəbər verir ki, Bakılı rəsmilər Azərbaycandan ayrılmaq istəməyən ukraynalı legionerlə dil tapmaq üzrədir.

Tərəflər arasında bu yöndə danışıqlarda böyük irəliləyiş əldə olunub. Ştoqrin müəyyən təzminat qarşılığında 3 illik müqaviləyə xitam verməyə razılaşıb.

Hazırda bəzi xırda detallar qalıb ki, ona da qısa zamanda aydınlıq gəlməsi gözlənilir.

"Neftçi" mənsubları son anadək Andreyə kömək etməyə çalışıblar. Onlar Premyer Liqanın bir neçə klubunda çalışan həmkarları ilə əlaqə saxlayaraq, 29 yaşlı vingeri icarəyə vermək istədiklərini bildiriblər.

"Ağ-qaralar" bu keçidin baş tutması üçün Ştoqrinin məvacibinin bir hissəsini ödəməyə hazır olublar.

Roman Qriqorçukun sevimlisi onun gedişindən sonra əsas heyətdəki yerini itirib. Samir Abasovun etimadını doğrulda bilməyən ön xətt oyunçusu yeni mövsüm üçün sifariş olunmayıb.

Peşəkar Futbol Liqasına təqdim olunan iştirak ərizəsindən kənarda qalan Ştoqrin 17 000 dollar əməkhaqqı alır.

Onun adı, həmçinin Ukraynanın bəzi klubları ilə yanaşı hallanır. Bu siyahının başında vaxtilə formasını geyindiyi "Çernomorets" gəlir.

Fəqət, səbəbkar müharibənin davam etdiyi ölkəsinə qayıtmağı arzulamır.

Əsas da həyat yoldaşına görə. Xanımı Azərbaycanda özünü xoşbəxt sayır və ərindən burada qalmağı tələb edir.

Избранный
7
4
sitat.info

6Источники