RU

Bu şirkət eyni gündə 3 tenderin qalibi oldu » AzadMedia.az


Azərbaycanın dövlət qurumlarının elan etdiyi satınalma müsabiqələrində maraqlı nəticə qeydə alınıb. Azadmedia.az xəbər verir ki, “NUR-E.A.” Məhdud Məsuliyyətli Cəmiyyəti avqustun 28-də cəmi bir gün ərzində üç tenderin qalibi olub.

Fövqəladə Hallar Nazirliyinin Akademiyası – müxtəlif adda mal-material, təmizlik vasitələri, ofis ləvazimatları və təsərrüfat mallarının satın alınması üzrə tender (məbləğ: 185 965,37 AZN).

İsmayıllı Rayon Mərkəzi Xəstəxanası – dəftərxana ləvazimatları, təsərrüfat və mətbəə mallarının alınması üzrə tender (məbləğ: 72 992,2 AZN).

Daxili İşlər Nazirliyinin Komendant Xidməti – dəftərxana və təsərrüfat mallarının alınması üzrə tender (məbləğ: 242 135,29 AZN).

Ümumilikdə şirkət həmin gün yarım milyon manata yaxın məbləğdə (501 092 AZN-dən çox) dövlət sifarişini qazanıb.

Məlumat üçün bildirək ki, “NUR-E.A.” MMC 09.01.2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Etibar Abbasov Bahadur oğlu, nizamnamə kapitalı isə 5000 AZN-dir.

Vergi öhdəlikləri ilə bağlı 2020-ci il üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 5 hal üzrə ümumilikdə 200.00 manat maliyyə sanksiyası tətbiq edilmişdir
Vergi öhdəlikləri üzrə - 2021-ci il üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 1 hal üzrə ümumilikdə 40.00 manat maliyyə sanksiyası tətbiq edilmişdir
Vergi öhdəlikləri üzrə - 2022-ci il üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 2 hal üzrə ümumilikdə 80.00 manat maliyyə sanksiyası tətbiq edilmişdir

Избранный
17
azadmedia.az

1Источники