İsrailin Yəmənin Səna şəhərinə endirdiyi zərbələr nəticəsində husilərin baş naziri Əhməd Qalib əl-Rahavi öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə Yəmən mediası məlumat yayıb.
Məlumata görə, zərbə əl-Rahavi evinə endirilib. Hücum zamanı onunla birlikdə bir neçə tərəfdaşı da ölüb.
Rəsmi mənbələr hücumla bağlı hələlik məlumat verməyib.