Bu ilin yeddi ayı ərzində Azərbaycanın qeyri-neft sektorundan ixracı davamlı olaraq artmaqda davam edir. Azərbaycanın ən böyük ixrac bazarı hələ də Rusiya və Türkiyə olaraq qalır.Metbuat.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın avqust sayında açıqladığı məlumata görə, cari ilin yeddi ayında qeyri-neft sektoruna aid mal ixracının dəyəri 716,6 milyon ABŞ dolları təşkil edib. Ən çox məhsul ixrac olunan ilk beş ölkə aşağıdakılardır: Rusiya: 716,6 milyon ABŞ dollarıTürkiyə: 339,7 milyon ABŞ dollarıİsveçrə: 186,6 milyon ABŞ dollarıGürcüstan: 183,4 milyon ABŞ dollarıUkrayna: 109,9 milyon ABŞ dolları